Bu ölkədə 450-dək insan Ermənistan vətəndaşlığı pasportu alıb

Ermənistan hökumətinin mayın 22-də keçirilən iclasında Hələb və Dəməşqdə Ermənistan vətəndaşı pasportu almış şəxslərə dövlət rüsumunun ödənilməsi üçün 27 milyon 160 min dramın ayrılması barədə qərar qəbul edib.
protest.az xəbər verir ki, 2025-ci ilin birinci rübü ərzində heç bir dövlət rüsumu alınmadan xarici ölkələrdə etibarlı olan 448 pasport verilib. 
Ermənistanın Dəməşqdəki səfirliyi 205, Hələbdəki Baş Konsulluğu 243 nəfərə Ermənistan vətəndaşlığını qəbul etmiş erməniəsilli şəxslərə pasport verib.
Bu məqsədlə Ermənistanın 2025-ci il dövlət büdcəsindən vəsait ayrılacaq.

Xəbər lenti
Çox oxunanlar