Zelenski depressiyaya düşüb

Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya Baş naziri Kir Starmer ötən həftəsonu telefon danışığında ABŞ Prezidenti Donald Trampa Putinin öz mövqeyini ona sırıdığını başa salmağa çalışıblar.
protest.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.
“Atəşkəslə bağlı bütün söhbətlərə baxmayaraq, Putin öz məqsədlərinə çatmaq üçün lazım gələrsə, uzun sürən müharibəyə hazırdır”, - məlumatda deyilir.
Avropa liderləri ümid edirlər ki, Tramp Ukrayna ilə bağlı pis sövdələşməyə getməsinin onu məğlub göstərəcəyini anlayacaq.
“Telefon danışığında Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib. O, depressiyaya düşüb və ötən həftənin hadisələrindən yorğun görünür. Zelenski və avropalı müttəfiqləri Trampdan Putin atəşkəsə getməyəcəyi təqdirdə Kremlə yeni sanksiyaların tətbiq olunması barədə vəd alsalar da, bu, heç vaxt baş tutmayıb”, - nəşrə danışan rəsmi vurğulayıb.
Rusiyanın ələ keçirmək istədiyi 4 bölgəyə gəlincə, söhbət Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən gedir.

Xəbər lenti
Çox oxunanlar