Zelenski danışıqlar masasına oturmağa hazırdır - TRAMP

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskidən məktub aldığını bildirib.
protest.az xəbər verir ki, bu barədə o, Konqresdə çıxışı zamanı danışıb.
Trampın sözlərinə görə, Zelenski məktubda Ukrayna münaqişəsinin tezliklə həlli üçün danışıqlara başlamağa hazır olduğunu diqqətə çatdırıb. 


O qeyd edib ki, məktubda Kiyevin nadir torpaq metalları ilə bağlı sövdələşməyə razılığı da daxildir.
“Mən bu gün Ukrayna prezidenti Zelenskidən mühüm məktub aldım. Məktubda bildirilir ki, Ukrayna uzunmüddətli sülhü yaxınlaşdırmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır”, - ABŞ prezidenti vurğulayıb. 
O qeyd edib ki, Rusiya tərəfdən Ukraynada sülh prosesinə başlamağa hazır olduqları barədə “güclü siqnallar” da alır. “Bu dəliliyi dayandırmağın vaxtıdır. Qətlləri dayandırmağın vaxtı gəldi. Bu mənasız müharibəyə son qoymağın vaxtıdır. Müharibələri dayandırmaq istəyirsinizsə, hər iki tərəflə danışmalısınız”, - o əlavə edib.

Xəbər lenti
Çox oxunanlar