Finlandiyanın baş naziri boşanır

Finlandiyanın müvəqqəti baş naziri Sanna Marin əri Markus Raykkenendən boşandığını açıqlayıb.
Bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.
“Birlikdə boşanmaq üçün məhkəməyə müraciət etdik. 19 illik evliliyimiz və sevimli qızımız üçün minnətdarıq”, - hökumət başçısı bildirib.
O, həmçinin qeyd edib ki, keçmiş əri ilə onlar ən yaxşı dost və yaxşı valideyn olaraq qalırlar. Cütlüyün təxminən 3 il əvvəl evləndiyi məlum olsa da, onlar 18 yaşında tanış olublar.

Çox oxunanlar