Reznikov təcili olaraq ruslara müraciət etdi: Bir həftəniz var

Bir həftəniz var. Rusiya 2023-cü ilin yanvar ayının əvvəlində hərbi vəziyyət tətbiq etməyə hazırlaşır və kişilər üçün sərhədləri bağlamaq niyyətindədir, Kremlin planlarına görə Reznikov təcili olaraq ruslara müraciət edib.
Bu barədə "RBC-Ukrayna" Ukraynanın müdafiə naziri Aleksey Reznikovun videomüraciətinə istinadən xəbər verir. "Mən rusiyalı çağırışçılara müraciət etmək istərdim. Bu, ilk növbədə, böyük şəhərlərin sakinlərinə aiddir. Mən dəqiq bilirəm ki, ən azı seçim etmək üçün sizə təxminən bir həftə vaxt qalıb. Yanvarın əvvəlində Rusiya hökuməti hərbi xidmətə çağırışlara başlayacaq. Kişilər üçün sərhədlər bağlanacaq, sonra isə hərbi vəziyyət elan edəcəklər". Onun sözlərinə görə, Rusiya Federasiyasında hərbi vəziyyətin tətbiqindən sonra daha bir səfərbərlik dalğası başlayacaq. Həmçinin Belarusda da hərbi yaşda olan kişilər üçün sərhədlər bağlanacaq.
“Mən sizi sözümü tutmağa çağırmıram, istəyirəm ki, özünüzə bir sual verin və ona vicdanla cavab verəsiniz: müharibəyə gedəndə harada ölə və ya ömürlük şikəst qala bilərsiniz, konkret olaraq nə üçün döyüşəcəksiniz? Şəxsən siz”, - müdafiə naziri əlavə edib. Daha əvvəl bildirilib ki, Rusiya Federasiyasının müdafiə nazirinin bəyanatına baxmayaraq, Ukrayna kəşfiyyatında rusların yeni səfərbərlik dalğası keçirmək planları barədə məlumat var.

Çox oxunanlar