Ermənistan Hindistandan yeni silahlar almağı planlaşdırır.
protest.az xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistan Hindistandan yeni silahlar, o cümlədən "Akash-NG" Hava Hücumundan Müdafiə (HHM) sistemləri, "Pralay" raketləri almağı və "Su-30SM" qırıcılarını modernləşdirməyi planlaşdırır.
Bu addım Ermənistanın Rusiya silahlarından asılılığını azaltmaqla yanaşı, öz hərbi potensialını gücləndirməyə yönəlib.
"Akash-NG" sistemi uzaq mənzilli qabaqcıl hava hücumundan müdafiəni, "Pralay" raketləri isə yüksək dəqiqlikli zərbə imkanlarını təmin edə bilər. Hindistan, həmçinin Ermənistanın "Su-30SM" qırıcı parkını "Uttam" aktiv fazalı barmaqlı antena (AESA) radarları, "Astra" raketləri və qabaqcıl zərbə sistemləri ilə təkmilləşdirməyi nəzərdə tutur.
Hindistan ilə Ermənistan arasında genişlənən müdafiə əməkdaşlığı Cənubi Qafqazda 2020-ci ildə 44 günlük müharibədən sonra yaranmış güc balansını dəyişməyə yönəlmiş addım kimi qiymətləndirilir.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00