“Patriot” hava hücumundan müdafiə sistemi Ukraynaya təhvil verildi

Almaniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi və raketləri çatdırıb.
Baş nazirliyin rəsmi saytında yer alan məlumata görə, vəd edilən yeni hərbi yardım paketi çərçivəsində “Patriot” zenit-raket kompleksi və sursat Ukraynaya çatdırılıb.
Almaniya həmçinin Ukraynaya 16 Zetros yük maşını və daha 2 sərhəd mühafizə maşını tədarük edib.
Bildirilib ki, Almaniya hökuməti 2022-ci il yanvarın 1-dən 2023-cü il aprelin 17-dək Ukraynaya 2,7 milyard avro dəyərində silah və hərbi texnikanın göndərilməsinə icazə verib.

Çox oxunanlar