Yunanıstan Türkiyəyə qarşı silahlanır – TƏHDİD

Yunanıstan hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün yeni addım atır. Ölkənin təhlükəsizlik şurası KİSEA çoxsəviyyəli hava hücumundan müdafiə və antidron sisteminin alınmasını təsdiqləyib.
protest.az xəbər verir ki, məlumata görə, layihənin ümumi dəyəri təxminən 3 milyard avro təşkil edir. Bununla yanaşı, Yunanıstan 38 ədəd F-16 qırıcı təyyarnunla yanaşı, ölkə daxilində bu qərarla bağlı tənqidlər də səsləndirilib. Yunanıstanın keçmiş maliyyə naziri Yanis Varufakis bildirib ki, Afina bu siyasətlə İsrailin təsir dairəsinə düşür və öz müstəqilliyini zəiflədir.
Baş verənlər regionda da diqqətlə izlənilir. Bu qərar Türkiyə üçün həssas siqnal kimi qiymətləndirilir. Xatırladaq ki, fevral ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüş keçirmiş və tərəflər münasibətlərdə yeni mərhələdən danışmışdılar.
Lakin Yunanıstanın İsraillə hərbi əməkdaşlığını genişləndirməsi Ankarada ehtiyatla qarşılanır.
Beləliklə, Yunanıstanın yeni müdafiə planı yalnız hərbi deyil, eyni zamanda regiondakı siyasi balans baxımından da mühüm siqnal kimi qiymətləndirilir.

Çox oxunanlar