İŞİD terror təşkilatının azərbaycanlı qurbanları

Böyük təəsüf hissiylə qeyd edərdim ki, özünü “sələfilər” "əhli sünnə” kimi qələmə verən İŞİD radikal Terror təşkilatınılın Azərbaycanda da çoxlu sayda qurbanları olmuşdur. Əslində bu terror qruplaşmasının Əhli sünnəylə, Peyqəmbərin və Səhabələrinin yoluyla, yəni sünnəsiylə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Bu terror qruplaşmasının üzvləri digər ölkələrdə olduqu kimi ölkəmizdə də xeyli sayda gəncləri müxtəlif yollarla “torlarına” sala bilmişlər.

  İŞİD Terror qruplaşmasına üzv olmağa məqsədli çağırışlar edən şəxslər dinində səmimi,sadə azərbaycanlı gəncləri Muhəmməd peyqəmbərin “Şam diyarında döyüşlər olduğu zaman sürünərkdə olsa özünüzü ora yetirin” hədisini söyləyib “Cihad” adi altında Suriyada qanunsuz silahlı qruplaşmaların tərkibində döyüşlərə cəlb etmişlər. Qanunsuz silahlı qruplaşma olan İŞİD-ə aldadılaraq cəlb edilən şəxslərin bəziləri hətda ailələləriylə birlikdə Suriyaya “hicrət” etmişlər. Təəsüflər olsun ki, bu ailələrin çoxu döyüşlərdə ailə başçılarını itirdikdən sonra qadınlı,uşaqlı ölümlə üz-üzə qalmışlar. Döyüşlərdə həyat yoldaşlarını itirmiş qadınlar və uşaqlar orada şəraitsiz çadır şəhərciklərində yerləşdirilmişlər. Bəzən qırıcı təyyarələrdən bombalı hücumlar nəticəsində çadır şəhərciklərində də xeyli azərbaycanlı qadın və uşaqlar həyatlarını itirmişlər.
Bütün bunlara baxmayaraq hüquq mühafizə orqanları  aldadılmış vətəndaşlarımızın geri qayıtarılması yönündə böyük işlər görmüşdür. Hüquq mühafizə orqanlarının əməkdaşları böyük səylərdən sonra Suriyadan xeyli sayda azərbaycanlı ailələrin geri qayıtarılmasına nail ola bilmişlər.
Belə ailələr ölkəyə qayıtarıldıqdan sonra psixoloji reablitasiya mərkəzlərində bərpa prosesi kecdikdən sonra normal həyatlarına dönmüş və uşaqlar məktəblərə bərpa edilmişlər.Təəsüflər olsun ki,hal-hazırdada Suriyada xeyli sayda belə azərbaycanlı başsız ailələr qalmaqdadırlar.

      “İŞİD-in yanaşma və dəvət metodu,övladlarınım küfr ölkələrindəki təhsil ocaqlarından xaric edilməsi inancı”

İŞİD terror təşkilatına dəvət edənlər əsasən hazır baza olan inanclı insanlardan istifadə edirlər. Onlar Qurani Kərimdən müxtəlif ayələr, hədislər dəlil gətirib mənasını öz istədikləri kimi yozub ələlxüsusda gənclərə aşılayırlar. İŞİD təfəkkürndə olan şəxslər özlərindən başqa hər kəsi kafir sayır,onların kafir dediyi şəxslərə müsəlman deyən öz həmfikirlərini belə dərhal kafir sayırlar. Belə düşüncədə olan şəxslər Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkistan,Türkmənistan kimi müsəlmanlar yaşayan ölkələrdə övladlarını baxcaya, məktəbə, universitetə göndərən müsəlman valideynləri kafir sayırlar.Ümumiyyətlə İŞİD terror təşkilatının üzüvləri yer üzündə özlərindən başqa heckəsi müsəlman hesab etmirlər.
Onlar hec bir halda bu tipli ölkələrdə məscidlərdə cümə və camaat namazlarının qılınmasını icazəli hesab etmirlər.Buna səbəb küfr dövləti tərəfindən təyin olunan namaz qıldıran imamın kafir olduqunu iddia etmələri və bu imama tabe olub namaz qılan müsəlmanlarında dərhal kafir olmalarına inanmalarıdır. Halbuki, Muhəmməd Peyqəmbərdən məscidlərdə namaz qılmağın savabinin 27 dəfə evdə qılınan namazdan daha artıq olması,cümə namazının qılınmasının fəziləti,üstünlükləri barədə çoxsaylı hədislər gəlməkdədir.
Bundan savayı cümə namazının qılınma əmri isə cümə sürəsində aydın ayə ilə əmr edilmişdir.
Belə xəstə təfəkkür sahibləri dindən xaric olmasınlar deyə yəni özlərinin kafir olmasından qorxaraq qız və oğlan övladlarınl təhsil ocaqlarından belə kənarda saxlamışlar.Halbuki,Müsəlmanlaın sabit və dəyişməz kitabi olan müqəddəs Qurani Kərimin ilk nazil olunan ayəsi “iqrə”yəni “oxu” ayəsidir.


Onuda qeyd edək ki,İslam dini sülhü və əminamanlığı tərənnüm edən, qohumların, qonşuların hətda səninlə eyni inancda olmayanların haqqını qorumağı əmr edən səmavi bir dindir.
İslam peyğəmbəri Həzrəti Muhəmməd muharibə zamani belə səhabələrinə: “qocalara, qadınlara, bitkilərə,heyvanlara toxunmursunuz yalnız sizinlə vuruşanlarla vuruşursunuz”göstərişini verirdi.Təbii ki,Belə peyqəmbəri olan sülh,mərhəmət,əminamanlıq dini olan İslamın İŞİD kimi nümayəndələrinin olması mümkün deyildir.İŞİD islami yox şeytani bir terror təşkilatıdır.

Sonda sizləri yuxarıda sadaladığımız fikirlərə çağiranlardan,dəvət edənlərdən birmənalı şəkildə uzaq durmağınızı tövsiyyə edirik.Əks təqdirdə özünüzü və ailənizi Suriya çöllərində görə bilmə təhlükəniz olacaqdır.
İnanclı vətəndaşlarımız dərk etməlidirlər ki,əsl müsəlman olmaq ücün İŞİD,Hizbullah kimi Terror təşkilatlarına qoşulmaq lazım deyildir.
Ölkəmizin Hərbi,siyasi,diplomatik muharibə vəziyyətində olduğu bir vaxtda vətəndaşlarımızı ələlxüsusda gənclərimizi son dərəcə ayıq-sayıq olmağa çağırırıq.

Ramal Ədioğlu

Çox oxunanlar