Naftalanda rəzalət: Xocalı faciəsi anılmadı

 Bu gün Xocalı faciəsini anmaq üçün Naftalan şəhərindəki Şəhidlər abidə kompleksinə yollandıq. Adı çəkilən məkana çatanda gözlərimizə inanmadıq. Kompleksdə heç kəs yox idi. Maraqlananda məlum oldu ki, sən demə  şəhər İcra hakimiyyəti başçısı Vüqar Novruzovun özəl iş qrafiki varmış. Belə ki, cənab Novruzov hər həftənin 5-ci günü Bakıya gedir və yalnız 1-ci günü geri dönürmüş. Və hətta Xocalı faciəsinin Bazar gününə düşməsi belə cənab başçıya "iş qrafikində" dəyişikliyə sövq edə bilməyib. O 5-ci gün rayon rəsmilərindən bir neçəsi ilə abidə önünə qərənfil qoyub, foto çəkdirdikdən sonra tələsik Bakıya yola düşüb. Ayın 26-sı isə burada heç bir anım tədbiri keçirilməyib.
Zəhra Kələndərova 

Xəbər lenti
Çox oxunanlar