"Hazırda imtahanlara qeydiyyatla bağlı əsaslı bir narahatlıq yoxdur. Bu vaxta qədər 80 mindən artıq ərizə artıq təsdiq olunub".
protest.az xəbər verir ki, bunu Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.
Bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur. Həmçinin Dövlət İmtahan Mərkəzinin rəsmi saytında daxil olarkən bu problem müşahidə olunur. Yaranmış vəziyyət DİM saytında qeydiyyatdan keçməli olan şagirdlərdə ciddi narahatlığa səbəb olub.