DİN-in müxtəlif struktur qurumlarına aid yeni inzibati binalar istifadəyə verilib

2 İyul - Polis Günü ərəfəsində Daxili İşlər Nazirliyinin müxtəlif struktur qurumlarına aid dörd yeni inzibati binası istifadəyə verilib. 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Həmin binalardan biri nəzəri və praktiki biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik ali hüquq təhsilli polis kadrları hazırlayan, Daxili İşlər Nazirliyinin şəxsi heyətinin müasir dövrün tələblərinə uyğun ixtisasının artırılmasını, ilkin və yenidən hazırlığını təşkil edən Polis Akademiyasında inşa edilib.
Təhsilalanların sosial və məişət şəraitinin müasir tələblər səviyyəsinə yüksəldilməsi məqsədilə qısa zaman ərzində tikilmiş yataqxana zəruri mebel və avandanlıqlarla təchiz edilib.

Çox oxunanlar