Jurnalist övladları xaricdə təhsil üzrə Dövlət Proqramına SEÇİLDİLƏR

Gənclərin xaricdə təhsilinə dair Dövlət Proqramı çərçivəsində 2026–2027-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbulun nəticələri açıqlanıb.

protest.az xəbər verir ki, xaricdə təhsil almaq imkanı qazanan gənclər arasında jurnalist övladları da var.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın qızı Ayan Camal magistratura təhsilini Dövlət Proqramı çərçivəsində İngiltərədə alacaq.
Qeyd edək ki, Ayan ADA Universitetinin bakalavriat pilləsini bitirib. O bu il Böyük Britaniyanın 5 nüfuzlu universitetindən (Şeffild, Lids, Kuin Meri, Birminqam və Bristol) qəbul dəvəti almışdı.
Onun yekun seçimi dünya reytinqli Bristol Universitetinin “Data Science” (Məlumat Elmi) ixtisası olub.
Jurnalist - Dövlət Məşğulluq Agentliyi Kommunikasiya departamentinin müdir müavini Natiq Pənahlının oğlu Ömər Pənahlı Azərbaycan dövlətinin xaricdə təhsilin maliyyələşdirilməsi üzrə Dövlət Proqramının təqaüdünü qazanıb.
Ömər Pənahlı dünya reytinq sıralamasında 32-ci yerdə qərarlaşan Edinburq Universitetinin sni intellekt və kompüter elmləri ixtisasına aldığı qəbulun maliyyə yükünü Azərbaycan dövləti öz üzərinə götürüb.

“Xəzər” FM radiosundakı “Birinci şou” verilişinin aparıcısı Teymur Əliyev də övladının təhsilini xaricdə davam etdirəcəyinə sevinir. Belə ki, Dövlət Proqramı jurnalistin böyük qızının ETH Zürich Universitetində Biologiya üzrə "Xəstəliklərin molekulyar mexanizmləri" ixtisasının magistratura təhsili üçün təqaüd ayırırb.
“Bu, sadəcə maliyyə demək deyil. Bu, etimaddır. Dövlətimizə təşəkkür”, - deyə T.Əliyev sevincini bölüşüb.

Xəbər lenti
Çox oxunanlar