Bağçalarda 53 mindən çox uşaq xəstələnib

Azərbaycanda dövlət məktəbəqədər təhsil müəssisələrində ötən il on minlərlə xəstələnmə halı qeydə alınıb.
protest.az -ın Dövlət Statistika Komitəsində əldə etdiyi məlumata görə, 2026-cı ildə dövlət bağçalarında uşaqlar arasında ümumilikdə 53 min 577 xəstələnmə halı qeydə alınıb. Onların 42 min 45-i 3 və daha yuxarı yaşlı uşaqların payına düşüb.
Statistikaya əsasən, bağçalarda ən çox rast gəlinən xəstəlik qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyaları olub. İl ərzində bu səbəbdən 31 min 429 xəstələnmə halı qeydə alınıb. Onlardan 24 min 616-sı 3 və daha yuxarı yaşlı uşaqlarda müşahidə edilib.
İkinci yerdə angina (kəskin tonzillit) qərarlaşıb. Hesabat dövründə bağçalarda 15 min 538 angina halı qeydə alınıb. Bu xəstələnmələrin 12 min 436-sı 3 yaşdan yuxarı uşaqlarda baş verib.
Bundan başqa, dövlət məktəbəqədər təhsil müəssisələrində 514 pnevmoniya, 496 bakterial dizenteriya, 176 skarlatina, 66 bədbəxt hadisə, zəhərlənmə və zədələnmə, eləcə də 5 min 358 digər xəstəlik qeydə alınıb.

Çox oxunanlar