23 İyun tarixi Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,3 min nəfər olub. Dövlət qulluqçularının 31,4 faizini qadınlar təşkil edib.
Dövlət qulluqçuları inzibati və yardımçı vəzifələrdə çalışırlar.
Dövlət qulluqçularının 7,6 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali -3-cü təsnifatları, 3,9 faizi 4-cü təsnifatı, 12,4 faizi 5-ci təsnifatı, 8,7 faizi 6-cı təsnifatı, 44,2 faizi 7-ci təsnifatı, 23,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyir.
Dövlət qulluqçularının 6,6 faizi 1 ilədək, 23,6 faizi 1 ildən 5 ilədək, 23,6 faizi 5 ildən 10 ilədək, 18,8 faizi 10 ildən 15 ilədək, 27,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 3,0 faizini 25 yaşadək, 11,6 faizini 25-29 yaşda, 18,0 faizini 30-34 yaşda, 16,7 faizini 35-39 yaşda, 13,3 faizini 40-44 yaşda, 10,5 faizini 45-49 yaşda, 8,1 faizini 50-54 yaşda, 7,5 faizini 55-59 yaşda, 9,2 faizini 60-64 yaşda, 2,1 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.
protest.az xəbər verir ki, “Dövlət qulluğu haqqında” Qanuna görə, dövlət qulluğuna yeni qəbul olunmuş əməkdaşlar and içirlər.
Bu and sözügedən qanunun 15-ci maddəsində təsbit olunub.
“Dövlət qulluqçusunun andı” Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.
İlk dəfə daimi dövlət qulluğuna qəbul edilən vətəndaş vəzifəsinin icrasına başlamazdan əvvəl aşağıdakı məzmunda and içir:
“Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm”.
Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.
Andiçmə bir dəfə olur. And içən dövlət qulluqçusu andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır
Dövlət qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən edilir.
Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içmirlər.
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
20-06-2026, 18:00
20-06-2026, 17:30
20-06-2026, 17:00
20-06-2026, 16:30
20-06-2026, 16:00
20-06-2026, 15:30