Azərbaycanda bir sıra kateqoriyalara aid işçilər əsas əmək məzuniyyətindən əlavə olaraq əlavə məzuniyyət hüququna malikdirlər. Belə ki, bu hüquq əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri, əmək stajı və ailə vəziyyəti nəzərə alınmaqla müəyyən edilir.
protest.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək şəraiti zərərli və ağır olan, yeraltı işlərdə çalışan, eləcə də əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginlik tələb edən işçilərə 6 təqvim günündən az olmayaraq əlavə məzuniyyət verilir. Əlavə məzuniyyət hüququ yaradan istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq qaydada təsdiqlənir.
Əmək stajına görə də işçilər əlavə məzuniyyət hüququ qazanırlar. Belə ki, işçinin işəgötürənlə bağladığı əmək müqaviləsi əsasında faktiki işlədiyi müddət 5 ildən 10 ilədək olduqda ona 2 təqvim günü, 10 ildən 15 ilədək olduqda 4 təqvim günü, 15 ildən çox olduqda isə 6 təqvim günü əlavə məzuniyyət verilir.
Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislərə Əmək Məcəlləsinin 21-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq əlavə 5 təqvim günü məzuniyyət verilir.
Qanunvericilikdə uşaqlı qadınlar üçün də əlavə məzuniyyət hüququ müəyyən edilib. Belə ki, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, 14 yaşınadək üç və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü əlavə məzuniyyət verilir.
Məlumat üçün bildirək ki, bu hüquq uşaqlarını təkbaşına böyüdən atalara, həmçinin uşaqları övladlığa götürmüş şəxslərə də şamil olunur. Onlar da qanunvericiliklə nəzərdə tutulan əlavə məzuniyyətdən istifadə edə bilərlər.
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
20-06-2026, 18:00
20-06-2026, 17:30
20-06-2026, 17:00
20-06-2026, 16:30
20-06-2026, 16:00
20-06-2026, 15:30