Masazırda yollar niyə bu günə qalıb?

Abşeron rayonunun Masazır qəsəbəsində, "Perla Mebel Evi"nin yaxınlığında kanalizasiya sularının yaratdığı problem sakinlərin narazılığına səbəb olub.

protest.az xəbər verir ki, vətəndaşların sözlərinə görə, çirkab sular uzun müddətdir əraziyə axaraq antisanitar vəziyyət yaradır və xoşagəlməz qoxu yayır. Bu vəziyyətin ərazidə yaşayan insanların gündəlik həyatına və sağlamlığına mənfi təsir göstərdiyi bildirilir.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, söhbət Masazır qəsəbəsində yerləşən və "Qotur göl" kimi tanınan ərazidən gedir.

Qurumun açıqlamasında qeyd olunub ki, son aylarda yağan intensiv yağışlar nəticəsində göldə suyun həcmi artıb və bu, suyun ətraf ərazilərə yayılmasına səbəb olub. Xüsusilə gölün ətrafında qanunsuz və plansız şəkildə salınmış yaşayış sahələri subasma riskindən daha çox zərər görüb.

Məlumata görə, vəziyyətlə əlaqədar aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən əraziyə bir neçə dəfə baxış keçirilib. Problemin həlli məqsədilə göldəki su səviyyəsinin azaldılması istiqamətində tədbirlər görülüb və hazırda artıq suyun ərazidən uzaqlaşdırılması işləri davam etdirilir. 

Çox oxunanlar