Süni intellekt tələbələri tənbəlləşdirib

Kaliforniya Universitetinin Berkli kampusunda informatika üzrə giriş kurslarında uğursuz qiymət alan tələbələrin sayında kəskin artım müşahidə olunur.
protest.az xarici mediaya istinadən xəbər verir ki, universitetdə bu məsələ geniş müzakirə edilir. Məlumata görə, əsas informatika kurslarından birində tələbələrin 35 faizi imtahandan keçə bilməyib. Halbuki əvvəlki semestrlərdə bu göstərici təxminən 7 faiz təşkil edirdi.
Müəllimlər vəziyyətin yaranmasının iki əsas səbəbini göstərirlər. Bunlardan biri tələbələrin süni intellekt alətlərindən həddindən artıq istifadə etməsi, digəri isə birinci kurs tələbələrinin riyaziyyat üzrə baza biliklərinin zəif olmasıdır.
Tədris heyətinin sözlərinə görə, bir çox tələbə tapşırıqların yerinə yetirilməsində süni intellekt alətlərinə həddindən artıq güvənir. Nəticədə onlar yoxlama işləri və imtahanlar zamanı tələb olunan bilik və bacarıqları nümayiş etdirməkdə çətinlik çəkirlər.

Çox oxunanlar