Ədalət Verdiyev də dilə gəldi...

Artıq neçə gündür ki, ölkə ərazisində o cümlədən paytaxt Bakıda davam edən fasiləsiz yağışlar bir çox fəsadlara səbəb olmüşdur. Və təsadüfi deyildir ki, bu Tv və mətbuatın əsas mövzusuna çevrilmişdir.  Bir sıra tanınmış şəxslər də sosial platformalarda bu məsələylə bağlı öz fikirlərini bölüşüblər. Bu gün hərbi ekspert Ədalət Verdiyev də paylaşdığı status və videolarla  diqqət çəkib. Həmin paylaşımın aktuallığını nəzərə alıb oxuculara təqdim edirik.   "Bu gün səhər Sulutəpə və Hökməlidə böyük gölməcələr yaranıb. Keçən həftə bu ərazidə guya subasmanın qarşısının alınması üçün işlər görülmüşdü. Abşeron rayon icra hakimiyyəti də paylaşım etmisdi. Amma nəticə göz qabağındadır.
Hökməlinin "20 Yanvar"  küçəsində, beton yolun sonunda zibil də  daşınmır. İllərdir ki, ərazidə zibil yesiyi də tapılmır. Kənd bələdiyyəsi və Abşeron rayon icra hakimiyyətinin məsul şəxsləri problemi həll etmək üçün heç bir addım atmırlar. Bütün zibil yuxarıdan gələn bol su ilə aşağıdakı kollektoru tıxayır. Nəticədə gölməçələr yaranır.Abşeron rayon icra hakimiyyəti, problemləri həll etmək əvəzinə məni Facebookda bloklayıb. Yəni rayonun rəhbər şəxslərinin düşüncə tərzi budur. Buna görə də bu dəfə onlara mövcud problemlər ilə bağlı açıqlama Instagramdan və elektron poçtlari vasitəsilə müraciət etdim.
Bəzi məmurlar neqativ hadisələri isiqlandırmamaq üçün media qurumlarına  xərclədiyi vəsaiti yol və zibil problemini həll üçün yönəltsə yaxşı olardı. "Kimin əli, kimin cibində olduğu" kənardan yaxşı görünür.
Abdin müəllim, zəhmət olmasa Hökməliyə gəlin,  əhalinin problemini gözünüzlə görün, problemlərin həlli üçün göstəriş verin, tədbirlər görün. Ərazidə normal yol,  təmiz küçə, bir dənə park və istirahət yeri yoxdur. Bakıda ikinci belə bir geridə qalmış kənd tanımıram".
 

Çox oxunanlar