Bakı Beynəlxalq Avtovağzal Kompleksində şəhərlərarası və rayonlararası avtobus marşrutları üçün müəyyən edilən sərnişin biletlərinin qiymətindən baha satıldığı iddia olunur.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassasından Bakı-Qaradağlı reysinə bilet alan sərnişinin iddiasına görə, gediş haqqı 11,70 olduğu halda, ondan 12,50 manat alınıb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişin şikayəti əsasında məsələni araşdırıb. Bu barədə qurumdan Bizim.Media-ya araşdırmanın nəticəsi barədə açıqlama verilib.
Bildirilib ki, kassaya nəzarət kameraları vasitəsilə bilet satışı prosesi izlənilib:
“Görüntülər kassir tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilmədiyini sübut edir.
Belə ki, 06.05.2013-cü ildə Bakı-Ağdam (Qaradağlı) avtobus reysinə bilet alan sərnişin mövcud tarifə əsasən, 11 manat 70 qəpik gediş haqqı üçün 15 manat ödəyib. Kassir tərəfindən ona biletlə bərabər, 3 manat 30 qəpik qalıq qaytarılıb. Beləliklə, iddia təsdiqini tapmayıb”, - deyə məlumatda qeyd olunub.
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30