27 yanvar "Ermənistanda həlak olan bütün əsgərlərin xatirə günü" olacaq.

Müvafiq qanun layihəsi əvvəllər vitse-spiker Ruben Rubinyan və deputat Geqam Nazaryan tərəfindən irəli sürülmüşdü.
Ermənistan prezidenti Vahaqn Xaçaturyan 27 yanvarı bütün silahlı münaqişələrdə Vətən uğrunda həlak olan əsgərlərin xatirə günü kimi təyin edib. Mətbuat xidmətinin məlumatına görə O, "Bayramlar və Xatirə Günləri haqqında" qanuna müvafiq düzəlişləri imzalayıb.
Bu gün qeyri-iş günü olacaq və həm də istirahət günü olan 28 yanvar "Ermənistan Ordusu Günü" ərəfəsində qeyd olunacaq.
Qanun layihəsi Parlament sədrinin müavini Ruben Rubinyan və deputat Geqam Nazaryan tərəfindən irəli sürülüb.
Müzakirələrdə çıxış edən Rubinyan qeyd edib ki, "Ermənistanda Vətən uğrunda həlak olan müdafiəçilərinin xatirəsinə həsr olunmuş hər hansısa bir gün olmayıb. Həlak olanların xatirəsi adətən ya müəyyən hərbi hadisələrlə əlaqəli tarixlərdə, ya da daha çox bayram tədbiri olan 28 yanvar - "Ordu Günü"ndə anılıb.
Hakim "Vətəndaş Müqaviləsi Partiyası"nın nümayəndələri müxalifətin təşəbbüsə dəstəyinə ümid etdiklərini bildiriblər, lakin "Ermənistan bloku" buna qarşı səs verib.
Blok katibi Artsvik Minasyan seçilmiş tarixi uğursuz adlandırıb və qeyd edib ki, hakim partiya əvvəlcə alternativ variantı müzakirə etməyə hazır olub, lakin sonradan bundan imtina edib.
protest.az

Çox oxunanlar