Sosial şəbəkələrdə sovet simvolikası ilə paylaşılan görüntülər və SSRİ bayraqları altında yürüş çağırışları yenidən gündəmə çevrilib.
Videolarda bir qrup şəxsin Bakıda sovet rəmzləri ilə aksiyaya cəhd etdiyi görünür, həmin şəxslərin özləri bu görüntüləri ardıcıl şəkildə yayır və açıq çağırışlar edirdilər.
Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin çağırışların təşkilatçıları Abdulla İbrahimli, İbrahim Əsədli və digər iştirakçılar saxlanılıb. Onlar barədə cinayət işi başlanılıb.
İstintaqın ilkin məlumatlarına görə, qrup üzvləri “başqa bir dövlətin maliyyə dəstəyi” ilə ofis icarəyə götürərək müəyyən müddət sistemli şəkildə fəaliyyət göstərib, toplantılar keçirib və sovet ideologiyasını təbliğ edən materiallar hazırlayıblar.Bu hadisə cəmiyyətdə yeni suallar yaradıb: niyə sovet simvolları yenidən gündəmə gətirilir və bunu kim maliyyələşdirir?
Sovet İttifaqının dağılmasından 30 ildən çox zaman keçməsinə baxmayaraq, SSRİ bayraqları ilə aksiya cəhdinin məhz indi ortaya çıxması təsadüfi görünmür. Xüsusilə son illər regionda baş verən geopolitik proseslər və bəzi xarici mərkəzlərin postsovet məkanında təsir imkanlarını artırmaq cəhdləri fonunda bu hadisəyə sıradan aksiya kimi baxmaq doğru olmaz.Qeyd edilməlidir ki, bu tip hadisə son bir il ərzində ikinci dəfədir qeydə alınır. Ötən il İmişlinin Sarıxanlı kəndində 9 May tədbiri zamanı SSRİ bayrağı memorial kompleksə sancılmış, tədbirdə iştirak edən Ağsaqqallar Şurasının sədri Saleh Səmədov “Georgi lenti” ilə çıxış etmişdi. Hadisədən sonra Səmədov vəzifədən kənarlaşdırılmış və barəsində cinayət işi başlanmışdı. İlkin araşdırmalar həmin addımların da spontan deyil, məqsədli şəkildə həyata keçirildiyini göstərmişdi.
Bəzi keçmiş kommunist ölkələrində SSRİ rəmzlərindən istifadə qanunla qadağan edilir. Bunun səbəbi sovet simvolikasının təkcə ideoloji işarə deyil, eyni zamanda siyasi təsir aləti kimi istifadə olunmasıdır. Azərbaycanda da bu mövzu həssasdır, həm müharibə dövrünün travmaları, həm də regionda güc mübarizələrinin artması fonunda sovet rəmzlərinin ortaya çıxması cəmiyyət tərəfindən narahatlıqla qarşılanır.
“Başqa bir dövlət” hansıdır?Xüsusilə istintaq materiallarında yer alan “başqa bir dövlət” ifadəsi hansı ölkənin nəzərdə tutulduğunu demək olar ki, aydın göstərir. Kommunist ideologiyasının təbliği və sovet simvollarının yenidən gündəmə gətirilməsi postsovet məkanında yalnız bir ölkənin maraqlarına xidmət edə bilər. Regiondakı son gərginlikləri, Bakı-Moskva xəttində müşahidə olunan siyasi soyuqluğu nəzərə alsaq, SSRİ bayraqlarının birdən-birə Bakı küçələrinə “qayıtması” fonunda Rusiyanın maraqları məsələsi daha da qabarıq görünür.
Ramiz Mehdiyevlə bağlı ortaya çıxan son faktlar bu ehtimalı gücləndirən ən ciddi amildir. Xüsusilə dövlət çevrilişi ssenarisini nəzərdə tutan məktubunun ələ keçirilməsi və ictimailəşdirilməsi onun Moskva ilə əlaqələrinin təsadüfi olmadığını, əksinə sistemli xarakter daşıdığını göstərdi. Mehdiyevin bu məktub vasitəsilə Azərbaycanda siyasi sabitliyi pozmağa yönələn planlarda iştirak etməsi cəmiyyətdə rezonans yaratdı. Bu fonda onun SSRİ-ni təbliğ edən qrupların fəaliyyətini əlaqələndirməsi və maliyyələşdirməsi iddiaları artıq reallıqdan uzaq görünmür.
Beləliklə, SSRİ rəmzləri altında görünən kiçik qruplar kimin adamlarıdır? Cavab Bakının deyil, başqa paytaxtın koridorlarında gizlənir.
Elnur ƏMİROVDünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00