Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası keçirilib.
protest.az xəbər verir ki, tədbirdə Baş nazir Əli Əsədov, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və BMMT-yə üzv ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının rəhbər şəxsləri iştirak ediblər.
Əvvəlcə, BMMT-nin himni səsləndirilib.Sonra Prezident İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciəti səsləndirilib. Müraciəti Baş naziri Əli Əsədov oxuyub.
Müraciətdə insanların təhlükəsizliyi, əmin-amanlığı və rifahının təmin edilməsi üçün həyati əhəmiyyət kəsb edən məsələlərə həsr olunmuş yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunluq ifadə olunub. Bu sessiyanın Azərbaycanda keçirilməsi ölkəmizin qlobal təhlükəsizlik, fəlakət risklərinin azaldılması və mülki müdafiə məsələlərinə verdiyi önəmin bariz nümunəsidir.
Müraciətdə Bakıda keçirilən sessiyanın təbii və texnogen fəlakətlərin sayının artdığı, iqlim böhranlarının dərinləşdiyi, dövlətlərin yeni təhlükələr və çağırışlarla üzləşdiyi və mülki müdafiə sistemlərinin ciddi sınaqdan keçirildiyi vaxta təsadüf etdiyi, bu xüsusda, mülki müdafiə və əhalinin mühafizəsi sahəsində çoxtərəfli əməkdaşlığın inkişafını təşviq edən və bu sahədə qlobal koordinasiyanı təmin edən beynəlxalq səviyyədə ixtisaslaşmış yeganə hökumətlərarası təşkilat olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının aparıcı və unikal rolu qeyd edilib.
Dövlət başçısının müraciətində Azərbaycanın mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verdiyi, beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi ölkəmizin insan həyatının müdafiəsinə, ətraf mühitin və infrastrukturun qorunmasına yönəlmiş qlobal təşəbbüslərin formalaşmasında və həyata keçməsində yaxından iştirak etdiyi vurğulanıb.
Bu kontekstdə, Azərbaycanın ev sahibliyi etdiyi bir sıra mühüm beynəlxalq tədbirlər, xüsusilə də keçən il baş tutmuş COP29 və gələn il keçiriləcək Dünya Şəhərsalma Forumunun bəşəriyyəti narahat edən ən aktual problemlərin həllinə, onların fəsadlarının aradan qaldırılmasına və ümumilikdə qlobal həmrəyliyin gücləndirilməsinə xidmət etdiyi qeyd olunub.
Mülki müdafiə mexanizmlərinin inkişafı üçün universal platforma olan BMMT-nin beynəlxalq arenada davamlılığını və nüfuzunu gücləndirmək üçün bütün üzv dövlətlərin səylərinin səfərbər olunması və birgə fəaliyyətinin təmin edilməsinin strateji əhəmiyyət daşıdığı, müasir dünyamızda artan risklər fonunda dövrün çağırışlarına cavab verə bilən, ona uyğunlaşan, beynəlxalq həmrəylik və qarşılıqlı yardımın effektiv aləti kimi güclü BMMT-nin olmasının vacibliyi vurğulanıb, sessiyanın uğurla keçəcəyinə əminlik ifadə olunub.
Sonra çıxış edən Təşkilatın İcraiyyə Şurasının vitse-prezidenti Vinisio Feliks Çavarria Bayez və BMMT-nin Baş katibinin səlahiyyətlərini icra edən Roman Lapin sessiyanın qarşısında duran məsələlərdən bəhs ediblər.
Daha sonra Təşkilatın Etimad Komitəsinin hesabatı dinlənilib, sessiyanın gündəliyi təsdiq olunub. BMMT-nin Baş katibi vəzifəsinə namizədlərin təqdimatından sonra səsvermə keçirilib.
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00