Ukrayna və Azərbaycan XİN-ləri arasında məsləhətləşmələri keçiriləcək

Ukrayna və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə tutulur.
protest.az xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Ukraynanın Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinin direktoru Vladislav Kanevski özünün sosial şəbəkə hesabında yazıb.
O bu məsləhətləşmələr zamanı əldə olunacaq razılaşmaların xaricdə yaşayan ukraynalıların konsulluq müdafiəsinin səviyyəsinin artırılmasına töhfə verəcəyinə və ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi istiqamətində növbəti addım olacağına ümidvar olduğunu bildirib.

Çox oxunanlar