Bu məsələni bir daha qaldırmayın! - Parlamentdə MÜBAHİSƏ

Naxçıvanla bağlı dəyişikliklərə tarixi zərurət var.
protest.az xəbər verir ki, bunu Milli Məclisdə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinin müzakirəsi zamanı spikerin müavini Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, bu dəyişikliklərin mahiyyəti Naxçıvan Konstitusiyasında Azərbaycanda olduğu kimi idarəetmənin bölüşdürülməsidir.
"Lakin bu indiyədək praktikada özünü göstərməmişdi. Bundan sonra isə Prezidentin nümayəndəliyinin orada olması prosesi praktikada da reallaşdıracaq".
Vitse-spiker qeyd edib ki, yeni dəyişikliklər, həmçinin Naxçıvanın sosial-iqtisai inkişafına müsbət təsir edəcək. 
Ziyafət Əsgərov Naxçıvanın muxtariyyətinin ləğvini dəstəkləyən Qüdrət Həsənquliyevə də cavab verib.
"Qüdrət müəllim siz bu məsələni dəfələrlə qaldırmısınız. Bu predment deyil. 1992-ci ildə siz bunu etdiniz bəs nə oldu, Heydər Əliyev ora gəlməsəydi, Allah eləməsin, hər şey daha fərqli olardı. Siz baxın Naxçıvan hansı ölkələrlə qonşudur. Bəziləri düşünür ki, Naxçıvanın muxtariyyəti əlindən alınmalıdır, çünki Azərbaycan unitar ölkədir. Muxtariyyətin olması unitarlığa xələl gətirmir. Bəli, Zəngəzur dəhlizi açılacaq, dəmir yolu da çəkiləcək. Amma Naxçıvana dəmir yolunun çəkilməsi o demək deyil ki, muxtariyyət ləğv olunacaq. Xahiş edirəm, bu məsələni bir daha qaldırmayın!".
Bunun ardınca Qüdrət Həsənquliyev söz istəyib: "Zamanında mən deyəndəki Naxçıvanda Azərbaycan Konstitusiyasında olduğu kimi hakimiyyət bölgüsü öz əksini tapmayıb, Ziyafət müəllim qəti şəkildə mənə qarşı çıxırdı".
Ziyafət Əsgərov isə cavab olaraq bildirib ki, Qüdrət Həsənquliyev həmişə Naxçıvanın muxtariyyət statusunun ləğvini dəstəkləyib: "Mən isə ləğv olunmamasını müdafiə etmişəm".

Çox oxunanlar