Elçin Quliyev generalı işdən çıxardı - YENİ TƏYİNAT

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının rəis əvəzi general-mayor Faiq Məmmədov vəzifəsindən azad olunub.
 
protest.az xəbər verir ki, bu barədə DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.
 
Faiq Məmmədov DSX Aparatında əvvəlki vəzifəsinə qaytarılsa da, sonradan təqaüdə göndərilib.
 
Qeyd edək ki, o, 2024-cü ilin oktyabrında DSX Akademiyasının rəisi general-mayor Azər İbrahimov vəzifəsindən azad edildikdən sonra bu vəzifəni icra edirdi.
 
Elçin Quliyevin digər əmri ilə general-mayor Ramin Bağırov DSX Akademiyasının rəisi təyin edilib.

Xəbər lenti
Çox oxunanlar