Tofiq Yaqublunun mandellalığı..

 Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və onunla birgə mühakimə olunan jurnalist Elnur Məmmədovun məhkəmə araşdırması başa çatıb.  Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Elnur Nuriyevin sədrlik etdiyi hakimlər tərkibi belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə külli miqdarda dələduzluq etmə və rəsmi sənədləri saxtalaşdırma maddələri ilə verilmiş ittihamlar məhkəmədə təsdiqini tapıb. Hökmə əsasən Tofiq Yaqublu 9 il və Elnur Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib Cinayət işində onun Almaniyaya getmək istəyən bir şəxsdən, digər şəxs vasitəsilə pul aldığı iddia olunub. Cinayət işində adı keçən Elnur Vaqifoğlu iddiaları qəbul edib və təqsirlərini boynuna alıb. İttihamları qəbul etməyən Tofiq Yaqublu isə həbsini "siyasi sifariş" hesab edib. 
***
İndi yenə də başlanıb. Azərbaycanın siyasi seqmenti növbəti dejavünü yaşamaqdadır. Yenə də Tofiq Yaqublu "müddətsiz aclıq" aksiyası elan etdi. Onun müxalifətci həmkarları isə ictimai fikirdə ondan Nelson Mandella, Babək Xürrəmid, İmaməddin Nəsimi obrazı yaratmağa kecib.

Çox təəssüflər olsun ki, bu kampaniyaya qoşulanlar sırasında mənim dostum Elbəyi Həsənli də var. Dünən onun Tofiqlə bağlı yazısını oxudum. Elbəyi də onun günahsız olduğunu və dərhal azad olunmasını istəyir. Mən adım kimi əminəm ki, məlum cameə arasında Tofiq Yaqublunun azad edilməsini tam səmimi qəlbdən istəyən yeganə şəxs bəlkə də Elbəyidi. Ancaq əziz qardaşım, ortada sübuta yetirilmiş faktlar, sübutlar var axı. Bu adam, əvvəllər dələduzluq üstündə həbsdə yatmış bir jurnalistlə əlbir olub, Elşən Hüseynov adlı şəxsdən 35000 avro + 10000 manat pul alıb. Tofiq və tərəfdarları deməklə deyil, bütün bunlar istintaqla sübut olunub. Elnur Vaqifoğlu özü hər şeyi etiraf edib. İndi yaxşı, tutaq ki, sizlər Tofiq Yaqublunun hüquqlarını müdafiə edirsiniz, bəs onda Elşən Hüseynov, ona dəyən 40.000 avroya yaxın ziyan necə olsun? Bəs o adam deyilmi, onun hüquqları yoxdurmu? Onda heç olmasa yığılıb bəyan edin ki, "Tofiq bəyi azad edin, biz qarşı tərəfə dəyən ziyanı toplayıb ödəməyə hazırıq". Bu cür mandellalıx olmur e, atam-qardaşım. Bu olsa-olsa "Mandella effekti"dir. Və müxalif cameə də bunu kütlə arasında ustalıqla yarada bilib. * Əvvəlcə qısa şəkildə "Madella effekti" barədə. Bu olmayan bir şeyin, hafizələrə reallıq kimi həkk olunmasına deyilir.  Nelson Mandellanın, 27 il həbsxanada olduğu müddətdə dəfələrlə ölüm xəbəri yayılmışdı. Və həbsdən çıxdıqdan 23 il sonra dünyasını dəyişəndə onun ölüm xəbəri çoxları tərəfindən təəccüblə qarşılandı. Çünki böyük qism insan, onun 80-ci illərdə öldüyünü zənn edirdi. İndi bu Tofiq Yaqublu haqda o qədər "günahsızdır", "şər atılaraq" həbs olunub ifadəsi işlənib ki, kütlə arasında əsl "Mandella effekti" yaşanır. Və çox təəssüf ki, bizim dostumuz Elbəyi Həsənli də bu effektin təsiri altına düşənlər sırasındadır. Və o da,bir çoxları kimi süni, yalançı hisslərin əsirinə çevrilib. 
***
Beynəlxalq aləmdə bu hisslərə "Stolkholm sidromu" da deyilir. Yəqin ki, İsveçdə yaşamağının da Elbəyinin bu sindroma daha tez yoluxmağına təkan olub. Bəs "Stokholm sindromu" nədir? onu da qısaca deyim.

Bu bir şəxsdə, onu əsir, girov götürən quldura, terrorçuya qarşı  oyanan rəğbət, sevgi hisslərinin oyanmasıdır.    Dəfələrlə olub ki, girov götürülmüş şəxslərdə terrorculara qarşı etimad, hətta sevgi hissi oyanıb. Və bu hisslər bir cox hallarda o qədər güclü olub ki, onlar azad olunmaqdan imtina edib könüllü olaraq həmin terrorculara qoşulublar. Bu sindrom ilkin adını isə 1973 cü ildə İsveç bankına hücum edən quldurlarla, oradakı girov götürülmüş şəxslər arasında baş verib. Yəqin ki, Elbəyi müəllim bu mövzu ilə bağlı maraqlı bir yazı da təqdim edər. Mənim dediyim isə odur ki, heç kəs bu cürə qəfil, saxta hisslərin əsirinə çevrilməsin. Qanun hamı üçün eyni olmalıdır. İstıyirsən Mandella ol, istərsən də Koroğlu. Tofiq Yaqubluya qarşı dəfələrlə humanistlik göstərilib- əhv edilərək vaxtlndan əvvəl həbsdən azad olunub. Amma adam bu qədər yaxşılığın qarşısında islah olunmadı. Təəssüf ki.. 
***
İnanın Allaha ki, mənim Tofiq Yaqubluya yazığım (və ya ürəyim ağrıyır) gəlir. Adamın bütün həyatını Əli Kərimli kimi siyasi dələduz, öz saxta iddiaları naminə 10-lara tofiqkimilərinin həyatını məhv etmiş bir abyuzerin güdazına getdiyinə görə yazığım gəlir. Allah qapısını açsın...
Etibar Hüseynov

Xəbər lenti
Çox oxunanlar