Nikola Sarkozi həbs edildi

Fransanın eks-prezidenti Nikola Sarkozi nüfuz alveri ittihamı ilə bir il real həbs və iki il sınaq müddətinə həbs edilib. 
"Protest" bildirir ki, bu barədə Paris Apellyasiya Məhkəməsi qərar çıxarıb. İstintaqın məlumatına görə, Fransanın keçmiş rəhbəri 2014-cü ildə vəkili vasitəsilə Kassasiya Məhkəməsinin əməkdaşına onun qanunsuz seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı aparılan istintaqın gedişi barədə məlumat müqabilində Monakoda vəzifə almağa kömək edəcəyinə söz verib.

Çox oxunanlar