Priqojin: “On minlərlə qurbana görə Şoyqu və Qerasimov məsuliyyət daşıyır”

On minlərlə qurban bizi sursatla təmin etməyənlərin vicdanındadır”.
Bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bəyan edib.
O, Rusiyanın siyasi və hərbi rəhbərliyinə bir daha müraciət edib.
Müvafiq video sosial şəbəkələrdə yayılıb.
Priqojin baş verənlərdə müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Qerasimovu günahlandırıb.
O, qeyd edib ki, hər iki şəxsin ölənlərin ailə üzvləri və yaxınları qarşısında məsuliyyətə cəlb edilmələrinə nail olacaq.

Çox oxunanlar