Yalan danışmaq, vəd verib əməl etməmək saxtakarlıqdır. Bu baxımdan Tehran hakimiyyəti saxtakardır. Çünki 44 il əvvəl vətəndaşlara verilən vədlərə hələ də əməl olunmayıb. İslam inqilabının əsas şüarları sosial ədalət, azadlıq idi. Mövcud rejim cəmiyyətin bu tələblərini həyata keçirəcəyinin məsuliyyətini üzərinə götürüb. Ancaq təbii sərvətlərlə zəngin olan İranın əhalisinin sosial tələbləri və azadlıq arzuları gerçəkləşməyib. Hakimiyyətdə olan bir qrup bu tələbləri həyata keçirməkdənsə, onlar barəsində yalan danışmağı üstün tutub.
Atalarımız yaxşı deyiblər: “Balıq başdan iylənər”. Odur ki, İrandakı saxtakarlığın da mənbəyi ölkənin ali rəhbəri və onun tabeliyindəki ali rəhbərlikdir. İranda rejimin tətbiq etdiyi məcburi hicaba qarşı etiraz aksiyaları başlayanda rejimin başçısı ayətullah Seyid Əli Xamenei keçirdiyi görüşlərdə bildirmişdi ki, yarımhicaba görə ölkədə heç kim məsuliyyətə cəlb olunmayıb. Onun sözlərinə görə, hicaba bu şəkildə əməl etmək pozuntu sayılmaya bilər. Sonrakı günlərdə mədəni sahədə dəyişikliklərə dair çoxsaylı görüşlər keçirib, məsləhətlər verib. Vəziyyət bir qədər sakitləşdiriləndən, daha dəqiqi, rejim etirazçıların bir qismini tutduqdan, hərbi-polis qüvvələri 600-ə yaxın aksiyaçını qətlə yetirdikdən sonra Xameneinin çıxışlarında və ritorikasında da dəyişikliklər əmələ gəldi. O, məcbur hicab qaydalarını pozanların cəzalandırılacağını bildirdi. Bu azmış kimi, cəmiyyətə yalan ismarışlar verməyə başladı. İranın ali rəhbəri aprelin ortalarında etdiyi çıxışda demişdi: “Qərblilərin iranlı qadınlara və onların pozulan hüquqlarına yazığı gəlmir. Onlar iranlı qadınlara yalnız nifrət edirlər”. Ali rəhbər bütün günahları Qərbdə görərək farmakoloji sahədə embarqonu “Qərbin İrana hücumu” kimi qiymətləndirib. Rejim lideri bu yerdə də saxtakarlıq edərək baş verməyən hadisəni cəmiyyətə olmuş kimi sırımağa cəhd göstərib: “Əgər onlar xalqı qidadan məhrum etmək üçün bir iş görə bilsəydilər, tərəddüd etmədən onu da görərdilər”.
Bu gün, 16:00
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30