Kuba prezidenti ABŞ-dan qorxmadığını bəyan edib.
protest.az xəbər verir ki, NBC News telekanalı Kuba prezidenti Migel Dias-Kanel ilə müsahibə yayımlayıb. O deyib: “Mən qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram”.
Bu, onun Amerika televiziya kanalına verdiyi ilk müsahibədir.
Dias-Kanel bildirib ki, kubalılar “müharibə istəmirlər” və ölkə ABŞ ilə dialoqa hazırdır. “Amma əgər ABŞ-ın müdaxiləsi baş verərsə, mübarizə olacaq, biz döyüşəcəyik və lazım gələrsə, öləcəyik”, - deyə o vurğulayıb.
Kuba prezidenti həmçinin qeyd edib ki, ölkəyə qarşı tətbiq olunan hazırkı blokada ədalətsizdir, ABŞ hökumətinin hərəkətləri isə qüsurlu və pisdir.
Prezidentin sözlərinə görə, ABŞ-ın Kubaya qarşı hərbi təcavüzə başlaması üçün heç bir əsas yoxdur və bu, məntiqsiz qərar olardı.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00