İrana qarşı Amerika-İsrail təcavüzü. ABŞ hansı müharibələrdə uduzub?

İkinci Dünya Müharibəsinin bitməsindən sonrakı 80 il ərzində ABŞ-ın dünyada 2000-dən çox münaqişə və hərbi əməliyyatda iştirak etdiyi təxmin edilir. Həm maddi, həm də ən əsası insan resursu baxımdan baha başa gələn 5 böyük kampaniyada iştirak edib. Hazırda 6cısı gözümüzün önündə baş verməkdədir: İrana qarşı Amerika-İsrail təcavüzü.
Üstəlik də , ABŞ Konqresi heç vaxt rəsmi olaraq heç kimə müharibə elan etməyib. Amerikalılar yalnız Koreyaya, BMT bayrağının arxasında gizlənərək  giriblər. Hətta o zaman belə, bir kazus səbəbindən: Sovet nümayəndəsi etiraz əlaməti olaraq Təhlükəsizlik Şurasının iclasından çıxdı və səsvermə onsuz keçirildi. Bütün digər hallarda Vaşinqton heç kəsdən icazə almadan və heç kimə cavab vermədən istədiyi ölkəyə girdi. Özünü dünyanın agası elan edən Amerika əlində dəyənəklə liderliyini daim nümayiş etdirməyə çalışdı. Necə olduğunu xatırlayaraq.
 1945-ci ildən bəri ABŞ-ı əhatə edən əsas müharibələr: 

Koreya: 1950-1953. ABŞ itkiləri: 36.500. ABŞ hərbi xərcləri: 20 milyard dollar.

Vyetnam: 1964-1975. ABŞ itkiləri: 58.200. Xərclər: 111 milyard dollar.

Fars körfəzi: 1991. ABŞ itkiləri: 298. Xərclər: 61 milyard dollar. 

İraq: 2003-2011. ABŞ itkiləri: 4.500. Xərclər: 1.9 trilyon dollar.

Əfqanıstan: 2001-2021. ABŞ itkiləri: 6.300. Xərclər: 2.3 trilyon dollar.

VYETNAM MÜHARİBƏSİ UĞURLARI SINDIRDI
İranda "Epik Qəzəb" əməliyyatı birbaşa zorakılıq strategiyasının dəyişməz qaldığını göstərir. Bəs bu nə dərəcədə təsirlidir?
Kənardan birinin fikri belədir: "ABŞ 1945-ci ildən bəri apardığı bütün müharibələrdə məğlub olub." Sizcə, bunu kim deyib? AB diplomatiyasının keçmiş rəhbəri və bu yaxınlara qədər Vaşinqtonun sadiq müttəfiqi olan Cozep Borrell.
Lakin, "çiçəklənən Avropa bağı"nın sahibi, bəlkə də, çox qətidir. Məsələn, Koreya müharibəsi heç-heçə ilə başa çatdı: tərəflər döyüşə başladıqları xətlərdə qaldılar. 1983-cü ildə Qrenadada və 1989-cu ildə Panamada Amerika əməliyyatları rejim dəyişikliyinə səbəb oldu. 1991-ci ildə Səddam Hüseynin İraq ordusu Küveytdən qovuldu və əsrin sonunda Yuqoslaviyanın bombalanması Kosovonun Serbiyadan ayrılmasına imkan verdi və Prezident Slobodan Miloşeviçin devrilməsinə yol açdı.
Lakin həqiqətən də ağır məğlubiyyətlər də oldu ki, bunlar  hələ də Amerika siyasəti üşün utanc sayılır. Məsələn Vyetnam məğlubiyyəti ABŞ tarixində siyasətçilər və hərbi mütəxəssislər tərəfindən hələ də oxunub öyrənilən bütöv bir fəslə çevrilib. Uğursuzluğun əsas səbəbləri hamıya məlumdur: partizan müharibəsində qalib gələ bilməmək, Sovet və Çinin vyetnamlılara yardımı və ABŞ daxilində az qala ordunun dağılmasına səbəb ola biləcək güclü müharibə əleyhinə keçirilən kütləvi  hərəkatlar. Vaşinqton tez bir zamanda bu son amili nəzərə aldı, və çağırış sistemindən imtina etdib tamamilə müqaviləli xidmətə keçdi.
İRAQ VƏ ƏFQANISTAN – EYNI SSENARI
 2003-cü ildə İraqa hücum əvvəlcə düşmənin sürətli məğlubiyyətinə və Səddam Hüseynin əsir götürülməsinə səbəb oldu. Sonra partizan müqaviməti başladı: yol kənarındakı bombalamalar, şəhərlərdə pusqular. Üsyançılar qonşu İrandan yardım aldılar, viran qoyulmuş ölkədə radikal islamçı qruplar çiçəkləndi və tələsik yaradılmış "oyuncaq hökumət" dərhal korrupsiyaya bulaşdı. Onlarla hansı demokratikləşmə və islahatlara ümid etmək olardı? Və ona gərə də 8 illik münaqişədən sonra amerikalılar çemodanlarını yığmalı oldu.
Bu vaxt eyni ssenari Əfqanıstanda təkrarlanırdı, burada amerikalılar düz 20 il ilişib qalmışdılar. Yeri gəlmişkən, orad da ABŞ,  İraqda olduğu kimi, müttəfiqləri ilə birlikdə vuruşurdu. Lakin yardım məhdud idi. Daha təsirli olanı Şimali Alyansda birləşmiş və Talibana düşmən olan Əfqan tayfalarının dəstəyi idi. Bu dəstək, ittifaq daxilində güclü mövqe tutan Rusiya tərəfindən faktik olaraq təsdiqləndi. Lakin Vaşinqtonun müharibədən sonrakı dəqiq bir planı yox idi; yerli məmurlar ciblərini doldurmaqla məşğuluydu və hökumət ordusu tamamilə səmərəsiz idi. 
Nəticə göz qabağında idi: Amerikalı ağalarına etibar edən bədbəxt əfqanlarla dolu təyyarələrlə Kabil hava limanından qaçışlar.
ABŞ,  İRANLA MÜHARİBƏYƏ SANİYƏDƏ 11,5 MİN DOLLAR XƏRCLƏYİR
İndi isə İran. Görünür, bütün keçmiş dərslərə diqqət yetirilməlidir. Vaşinqtonun ağır itkilərdən yaynmaq üçün quru əməliyyatı keçirmək niyyəti yox idi (lakin indi ABŞ-da getdikcə daha çox insan belə bir ehtimalın mümkün olduğunu iddia edir). İraqdakı müharibə üçün 5 təyyarədaşıyan döyüş qrupu, minə yaxın təyyarə və təxminən 180.000 əsgər səfərbər edilsə də, indi cəmi 268 təyyarə və 2 təyyarədaşıyan gəmi ilə  İrana qarşı əməliyyat keçirir ki, bu da 4 dəfə böyükdür. Bunlardan biri də göyərtədəki müəmmalı yanğından sonra artıq təmirə göndərilib. Əsgər qrupu isə ümumiyyətlə səfərbər edilməyib.
ABŞ və İsrail,  İslam Respublikasına minlərlə bomba və raket yağdıraraq çox sayda hədəfi vurub. Bu, çox bahalı bir işdir. Pentaqonun hesabatlarına əsaslanan İran Müharibəsi Xərcləri İzləyicisinin (IWCT) monitorinq layihəsinə görə, ABŞ  (müharibə 28 fevralda başlayandan bəri )  gündə təxminən 1 milyard dollar itirir. Daha açıq desək, hər saniyə 11.500 dollar. Trampın aralıq konqres seçkilərindən əvvəl güclü hərbi qələbəyə ehtiyacı var. Vəziyyət payıza qədər uzanarsa, bu rəqəm 500 milyard dollara yaxınlaşa bilər.
 "BİZ BİR DƏSTƏ AXMAQLARIQ"
Lakin Amerika ekspert dairələrində nikbinlik azdır. Çikaqo Universitetinin professoru Con Mirşaymer həyəcan təbili çalır: "Biz bir dəstə axmaq olduğumuz mesajını göndəririk. Qazana bilməyəcəyimiz bir müharibəyə başlamışıq. Aydın bir məqsədimiz və ya kampaniya planımız yoxdur!"
Ekspertlər qeyd edir ki, ABŞ prezidenti Tramp, Venesuela prezidenti Nikolas Maduronun həyasızcasına oğurlanmasından sərxoş olmuşdu, bundan sonra orada qalan rəhbərlik bayraqlarını Vaşinqtonun ayaqları altına qoydu.
"Ağ Ev"in sahibi ilk günlərdə İranın başını kəsməklə "Venesuela zəfərini" təkrarlayacağına ümid edirdi. Lakin İranda yıxılan liderlərin yerini yeniləri tutdu. 

Tramp həmçinin təkcə hərbçilərin deyil, həm də əməliyyatın planlaşdırılmasında iştirak edən süni intellektdən xəbərdarlıqlara baxmayaraq, Hörmüz boğazının bağlanmasını səhv hesabladı. Lakin Donald sürətli bir uğura inanırdı və bunun bütün sonrakı riskləri azaldacağına inanırdı. Bu, alınmadı: rejim möhkəm dayandı, cəmiyyətdə heç bir parçalanma yox idi və hərbi potensialı məhv edilmədi - İran olduqca məharətlə müqavimət göstərdi
 İran sözdə mərkəzləşdirilməmiş müharibəyə hazır idi. Onlar müəyyən hədəflərin kütləvi bombalanacağını başa düşdülər və öz resurslarını (əsasən dron və raketlər) ölkə daxilində payladılar. Fərdi döyüş bölmələrinin komandanlığı və nəzarəti də yuxarıdan aşağıya deyil, Çin tərəfindən təmin edilən peyklər vasitəsilə paralel olaraq həyata keçirilir. Mətbuat Pekin və Tehran arasında belə bir razılaşma haqqında məlumat yayıb. Çin həmçinin İrana bölgədəki hədəflər barədə kəşfiyyat məlumatları da verir. Qərb isə buna tamamilə hazır deyildi. İran Amerika bazalarının və İsrail hədəflərinin hava hücumundan müdafiə sistemlərini tükəndirmək üçün dronlardan istifadə edir və bunu müxtəlif istiqamətlərdə hədəflənmiş şəkildə edir. Artıq İran dronlarına qarşı 800-dən çox Patriot raketi istifadə edilib. Bu taktika öz bəhrəsini verməyə başlayıb - indi iranlılar israillilərin müdafiə edə bilmədiyi Dimonadakı nüvə mərkəzi kimi həqiqətən ciddi hədəfləri vurmağa başlayırlar. İran həmçinin qonşu "ərəb ölkələrini də atəşə tutur. Oradakı əsas hədəflər Fars körfəzi monarxiyalarındakı Amerika bazaları və İordaniyadakı İsrail radarlarıdır. Tehran raketləri üçün yol açmaq üçün bu müşahidə aktivlərini deaktiv etməyə çalışır. Ərəb ölkələrinin iqtisadi gücünə zərbə vurmaq da diqqətlə hesablanmış bir addımdır. Bu yolla İran onları müharibəni bitirmək üçün ABŞ-a təzyiq göstərməyə təhrik etməyə çalışır. Bəli, bəzi şeyxlər bundan narazıdırlar, amma istədikləri qədər qəzəbli ola bilərlər: Amerika-İsrail koalisiyasına qoşulmaq üçün real hərbi resursları yoxdur.
TRAMP NİYƏ İRANLA MÜHARİBƏYƏ ÇƏLB OLDU?
İsrailin bu müharibədə ABŞ-ın hərəkətlərinə nə qədər təsiri var?
İsrail lobbisi Amerikada həmişə güclü olub. Lakin Ağ Evin Təl-Əvivdən açıq, izaholunmaz asılılığı var. Bir çox amerikalı etiraf edir ki, ABŞ-ı bu müharibəyə sürükləyən İsrail olub. Bəlkə də biz Trampın pravoslav yəhudi ailəsindən olan kürəkəni Cared Kuşnerin rolunu az qiymətləndiririk. Donald onun fikirlərini çox diqqətlə dinləyir.
Bəlkə də Tramp sadəcə özünəməxsus üslubunda hərəkət edir: "Mən başqasının edə bilmədiyi bir şeyə qərar verdimsə - edəcəyəm"?
Xarakteri ilə bağlı şəxsi motivlərdən və Konqres seçkilərini müharibə qələbəsi ilə yağlamaq ehtiyacından başqa, Tramp başqa bir vacib məqsədi güdür. Onun Avropanın "enerji mühasirəsinə" ehtiyacı var. Əgər orada bütün neft və qaz tədarükünə nəzarət etsəniz, bütün Avropa iqtisadiyyatını faktiki olaraq boğursunuz.

"Köhnə dünya"ya enerji tədarükü üçün yeganə sabit kanal Fars körfəzi idi. Donald indi də məhz bunu ələ keçirməyə çalışır. O, İran nefti və Qətər qazına nəzarəti ələ keçirəcək və Avropa müttəfiqlərinə və rəqiblərinə deyəcək: Sizə uzunmüddətli, sabit tədarük zəmanəti verirəm. Amma bir şərtlə-əliniz cibinizdə olsun...
Protest_az

Çox oxunanlar