Xankəndi-Laçın yolu: Ekofəalların aksiyası 119 gündür davam edir

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 119 gündür davam edir.
Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.
Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb.
Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.

Çox oxunanlar