Şəkidə bir ailənin üç üzvü dəm qazından zəhərləndi

Şəkidə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Hadisə ötən gecə Şəki şəhəri M.Ə Rəsulzadə prospektində baş verib. Həmin ünvanda yaşayan 1963-cü il təvəllüdlü Əli Hacı oğlu Hacıyev, 1969-cu il təvəllüdlü Firuzə Cəlal qızı Hacıyeva və 2010-cu il təvəllüdlü Şəhriyar Xalid oğlu Məmmədov zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Müayinə zamanı onların yaşadıqları ünvanda dəm qazından zəhərləndikləri ehtimal olunur.

Xəbər lenti
Çox oxunanlar