Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub.
protest.az-ın məlumatına görə, bu vəzifə Tuncay Bağırova həvalə edilib.
Qeyd edək ki, Tuncay Bağırov 1993-cü ildə anadan olub. O, 2009-2011-ci illərdə Böyük Britaniyanın "St. Clare's Oxford" məktəbində təhsil alıb. 2011-2015-ci illərdə Heriot-Vatt Universitetində İqtisadiyyat və Maliyyə ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib.
Tuncay Bağırov 2015-2017-ci illərdə Böyük Britaniyada müxtəlif şirkətlərdə investisiya mütəxəssisi kimi fəaliyyət göstərib. O, 2020-2021-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Strateji inkişaf və iqtisadi təhlil şöbəsində baş mütəxəssis kimi çalışıb.
Tuncay Bağırov 2022-ci ildən son təyinatadək "Azərkosmos" ASC-də İnnovasiyalar departamentinin direktoru vəzifəsini icra edib.
Qeyd edək ki, Milli Süni İntellekt Mərkəzi "AZCON Holding"ə daxildir. (Mənbə "Report")
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00