Ağdaşda VAZ-2106 ağaca ÇIRPILDI: Xəsarət alanların vəziyyəti açıqlandı

Ağdaşda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Avqustun 4-ü saat 23:00 radələrində Ağdaş rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər (kişi cinsli) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1989 və 1998-ci il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları və travmaları diaqnozları təyin olunub, hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta-ağır qiymətləndirilən şəxslərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Çox oxunanlar