Azərbaycanda zəlzələ oldu

Göyçayda zəlzələ olub.


Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ İsmayıllı stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonunda qeydə alınıb.

Saat 11:03-də baş verən yeraltı təkanın maqnitudası 4, dərinliyi 16 km olub.

***

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, İsmayıllı stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə, Göyçay rayonunda 4 bala yaxın, Qəbələ, Ağdaş və ətraf məntəqələrdə 3 bala qədər hiss olunub.

Çox oxunanlar