Azərbaycana keçən ermənilər geri QAYTARILDI

Ötən gecə Azərbaycan-Ermənistan sərhədində itkin düşdüyü bildirilən iki nəfər Ermənistana qaytarılıb.
protest.az xəbər verir ki, bu barədə Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kənd icmasının rəhbəri David Qulunts “Azatutyun”a məlumat verib.
Onun sözlərinə görə, hazırda yeniyetmələr onun yanındadır.
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) də həmin şəxslərin tapıldığını və hazırda Ermənistanda olduğunu təqdiqləyib.
MTX-dən daha sonra ətraflı məlumat açıqlanacağı da bildirilib.

Xəbər lenti
Çox oxunanlar