Jurnalistlər "Dostluq meşəsi"ndə ağac əkiblər

Fevralın 22-də Cəbrayıl rayonunun "Dostluq meşəsi" ərazisində ağacəkmə aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə ərazidə yerli iqlim şəraitinə uyğun Eldar şamı ağacları əkilib.
Qeyd edək ki, "Dostluq meşəsi"ndə 16 hektar ərazidə meşəsalma tədbirləri bu gün yekunlaşıb

Xəbər lenti
Çox oxunanlar