Generalın rektor olduğu akademiyanın saytı niyə ləğv edilib?

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının veb-səhifəsi ləğv edilib.
protest.az-ın məlumatına görə, general-mayor Baba Salayevin rəhbəri olduğu təhsil mərkəzinin fəaliyyəti barədə qısa məlumatlar yalnız Fövqəladə Hallar Nazirliyinin saytında dərc edilir.
Azərbaycanda dövlət qurumlarının nəzdində fəaliyyət göstərən bütün ali təhsil ocaqlarının rəsmi saytının olmasına baxmayaraq, 21-ci əsrdə sözügedən akademiyanın saytının ləğv edilməsi müəmmalı qərar kimi qiymətləndirilir.
Nəticədə akademiya haqqında geniş və ətraflı məlumat almaq mümkün deyil.
Akademiya nazirliyin idarə və təşkilatların siyahısında yer alır. 
e58fa690e3292a361f8d87a0c8d61ff18be52866-61f9-4886-bfcb-f84bda476b47-jpg.jpg (32 KB)

Çox oxunanlar