Toydan sonra hoteldə dünyasını dəyişən Bakı sakini yüksəkvəzifəli məmur imiş

Oğuzda hoteldə dünyasını dəyişən şəxs yüksəkvəzifəli məmur imiş.
Bu barədə “Qafqazinfo” yazıb. Qeyd olunub ki, Sübhan Quliyev əvvəllər xüsusi xidmət orqanlarında çalışıb. O, pensiyaya çıxdıqdan sonra, 2020-ci ildə Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib və dünənədək həmin vəzifəni icra edirmiş.
İlkin məlumata görə, S.Quliyev yüksək qan təzyiqindən əziyyət çəkirmiş və hadisə də qan təzyiqinin yüksəlməsi səbəbindən baş verib.


Çox oxunanlar