Xaçmazda 10 yaşlı uşaq Samur-Abşeron kanalına düşüb

Samur-Abşeron kanalının Xaçmazın Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.
“Protest” xəbər verir ki, kənd sakini 2013-cü il təvəllüdlü, 4-cü sinif şagirdi Məhəmməd Elsəvər oğlu həmyaşıdları ilə kanalın ətrafında oynayarkən ehtiyatsızlıqdan kanala düşüb.
İlkin olaraq FHN-nin Xaçmaz Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Məhəmməd Elsəvər oğlunun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb.

Çox oxunanlar