“Təmiz hava” aylığı: Atmosferi çirkləndirən nəqliyyat vasitələri

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində may ayının 1-dən “Təmiz hava” aylığına start verib.
“Təmiz hava” aylığı hər il müxtəlif vaxtlarda keçirilir. Məqsəd ekologiyanı qorumaqdır. Bu tədbir ətraf mühitin təmizliyinin, təhlükəsizliyinin qorunmasına və ekoloji nəzarətin gücləndirilməsinə bilavasitə xidmət edir. Ümumiyyətlə, aksiya atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasına yönəlir.

Çox oxunanlar