Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir. Əsəd hakimiyyəti illərində Nəsiminin məzarı baxımsız qalıb, vətəndaş müharibəsi illərində isə bəzi hissələri dağılıb.
Bir müddət əvvəl xəbər vermişdik ki, Nəsiminin məzarının bərpa edilməsi müzakirə edilir.
Məlumata görə, məzarın bərpası məsələsi Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Bakıya səfəri çərçivəsində keçirdiyi görüşlərdə də gündəmə gəlib.
Rəsmi açıqlamada deyilir ki, liderlərin görüşündə mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə Nəsiminin məzarının Azərbaycana gətirilməsini təklif edənlər var. Təklif birmənalı qarşılanmasa da, onu dəstəkləyənlər də az deyil.
Məsələ ilə bağlı protest.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, vaxtilə Azərbaycan etno-mədəni coğrafiyasının tərkib hissəsi olmuş bir çox şəhərlərdə xalqımızın yetişdirdiyi tanınmış şairlərin, yazıçıların, alimlərin, filosofların məzarları yerləşir: "Təəssüf ki, bu gün Azərbaycan Respublikası həmin geniş coğrafiyanın cəmi təxminən yüzdə iyirmi faizini əhatə edir",
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00