Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
protest.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, kənd sakini, 1990-cı il təvəllüdlü, 2-ci Qarabağ müharibəsi qazisi Beyrək Quliyev həmkəndlisi, 1992-ci il təvəllüdlü şəxsə qarşı şəxsi münasibətlər zəminində “AK-74” markalı avtomat silahdan atəş açıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həmin şəxsə məxsus “VAZ-21014” markalı avtomobilə zərər dəyib.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən B.Quliyev saxlanılıb, ondan “AK-74” markalı avtomat silah götürülüb.
Fakta görə cinayət işi başlanıb, əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum olunan B.Quliyev həbs edilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00