Ramanada qətl törədən məktəbliyə hökm oxundu

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
protest.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

.
Məhkəmədə hökm oxunub. Hökmə əsasə E.Süleymanov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Ramana qəsəbəsində baş verib. İttihama görə, 2008-ci il təvəllüdlü E.Süleymanov Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində aralarında yaşanmış mübahisə zamanı 2004-cü il təvəllüdlü Xəyal Nağıyevi kəsici alətlə qətlə yetirib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yetkinlik yaşına çatmayan E.Süleymanov şübhəli şəxs qismində tutulub.

Çox oxunanlar