Fərhad Yalquzaq emalatxanasında ölü tapıldı - FOTO

Tanınmış rəssam Fərhad Yalquzaq vəfat edib.
Bu barədə rəssamın dostları məlumat veriblər.
Bildirilib ki, tənha yaşayan rəssam paytaxtda yerləşən emalatxanasında dünyasını dəyişib.
Onun nəşini dostları aşkar ediblər.
protest.az-ın  əldə etdiyi məlumata görə, hadisə rəssamın Xətai rayonunda yerləşən evindəki emalatxanada baş verib. Belə ki, iyunun 17-si saat 23 radələrində 1973-cü il təvəllüdlü Fərhad Əhmədli oğlu İsgəndərov yaşadığı və işlədiyi M.Rüstəmov küçəsi ev 6/4-də həyatını sonlandırıb. O, qanaxmadan ölüb.


Xəbər lenti
Çox oxunanlar