Rusiyanın Novosibirsk vilayətində "Mavi balina" kanalının yaradıcısı 9 il müddətinə azadlıqdan məhrum edilib.
İctimai səhifə yaratmaqda təqsirləndirilən İlya Poqiblov Cinayət Məcəlləsinin 2 maddəsi ilə təqsirli bilinib: özünü öldürmə həddinə çatdırma və internetdə bir qrup şəxs tərəfindən yetkinlik yaşına çatmayanları intihara sövq etmə.
Müstəntiqlərin fikrincə, 2023-cü ildə başqalarının ölümündə patoloji marağı olan Poqiblov "Mavi balina" ictimai kanalı vasitəsilə sosial şəbəkələrdə ünsiyyət quraraq, potensial qurbanları "zəruri olan bir sıra ixtisaslaşdırılmış tapşırıqları yerinə yetirməyə" təşviq edib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığından cinayət əməlini törətməyə vaxtı olmayıb.
Poqiblov 4 il internet saytının idarə olunması ilə bağlı fəaliyyətlə məşğul olmaq qadağan edilməklə 9 il müddətinə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum edilib.
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00