Şəmkirdə gənc qadın bıçaqlanıb

Şəmkirdə 28 yaşlı qadını bıçaqlayan şəxs saxlanılıb.
protest.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində N.Nəsrəddinliyə kəsici-deşici alətlə daxilə keçməyən xəsarət yetirməkdə şübhəli bilinən, rayon sakini 1995-ci il təvəllüdlü Arzu Əliyev saxlanılıb.
Araşdırmalar davam etdirilir

Xəbər lenti
Çox oxunanlar