Deputatın oğlu saxlanılıb

İrəvanda 27 yaşlı gənc qanunsuz silah saxlamaqda şübhəli bilinərək saxlanılıb, polisin mətbuat xidməti bununla bağlı məlumat yayıb. İdarədən verilən məlumata görə, onu Maştots və Buzand küçələrinin kəsişməsindən polisə aparılıb. Eyni zamanda bildirək ki, saxlanılan şəxs Ermənistan Milli Assambleyasının deputatı Qurgen Arsenyanın oğludur. Məlumata görə Arsenyandan 2 balta və 16,5 sm ölçülü bıçaq aşkarlandığı üçün polisə aparılıb.

Çox oxunanlar